Tovuzda kanaldan meyit  tapıldı - FOTO  - YENİLƏNİB
15 iyun 2026 17:39 (UTC +04:00)

Tovuzda kanaldan meyit tapıldı - FOTO - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 39 yaşlı Dəmirov Sərxan Qüdrət oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***
16:49

Tovuzda kanaldan kişi meyiti aşkarlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Kənd ərazisindən keçən su kanalından 39 yaşlı S.Dəmirvoun meyiti aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar