Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü S. Namazov sözügedən ərazidə yerləşən kafelərin birində əlindən bıçaqlanıb.
35 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.