Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikdə 110 küçə və prospektin yenilənməsi nəzərdə tutulub.
Hazırda proqramın 82 faizi icra edilib. Daha 6 küçə və prospektdə təmir işləri davam etdirilir. Növbəti mərhələdə isə 14 küçə və prospektin təmiri planlaşdırılır.