Yelizaveta Filippə yox, başqa birisinə ərə gedə  bilərmiş - bioqraf sirri AÇIQLADI
14 iyun 2026 20:15 (UTC +04:00)

Yelizaveta Filippə yox, başqa birisinə ərə gedə bilərmiş - bioqraf sirri AÇIQLADI

0

Kral ailəsi tarixçisinin sözlərinə görə, kraliça II Yelizaveta ilə şahzadə Filippin 73 illik evliliyi bütün dövrlər üçün bir sevgi hekayəsi olub, lakin bu, demək olar ki, baş verməyə də bilərdi.

Bu yaxınlarda "Kraliça II Yelizaveta: Şəxsi tarix" adlı tərcümeyi-halını yazan kral ailəsinin tarixçisi Huqo Vikers izah edib ki, kraliçanın anası Yelizaveta üçün başqa bir namizəd, yəni sonradan 11-ci Qrafton hersoqu kimi tanınan Yuston qrafı Hyu Fitsroyu nəzərdə tutub. Fitsoy Britaniya qrenadier qvardiyasında xidmət edib.

"Kraliça ana qızının qrenadier qvardiyaçısı ilə evlənməsini çox istəyirdi. Və qrenadier qvardiyaları bütün Britaniya alayları arasında ən nüfuzludur. Əgər siz qrenadier qvardiyaçısısınızsa, deməli, ən yaxşısısınız", - Lent.az-ın xəbərinə görə, Vikers “Fox News Digital”a verdiyi açıqlamada bildirib.

Əlbəttə ki, geriyə baxanda aydın olur ki, Fitsroyun heç vaxt kraliça Yelizaveta ilə evlənmək qismətinə düşməyib. Bu şərəf nəticədə şahzadə Filippə nəsib olub və onun əmisi lord Mountbatten onların gələcək münasibətləri üçün "zəmin yaratmağa" kömək edib.

"Mən başa düşdüyüm qədər, lord Mauntbatten Yuston qrafının Hindistan vitse-kralının nüfuzlu köməkçisi vəzifəsini almasını təmin etməkdə böyük rol oynayıb. Beləliklə, Yuston qrafı Hindistana getdi və bu, əlbəttə ki, onu bu vəzifəni tutmaq ehtiyacından xilas etdi", - Vikers deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar