Nvidianın tətbiqi dərin öyrənmə üzrə vitse-prezidenti Brayan Katanzaro bildirib ki, hazırda süni intellekt sistemlərinin işlədilməsi bir çox hallarda insan əməkhaqqından daha baha başa gəlir.
Lent.az xəbər verir ki, onun sözlərinə görə, hesablama gücünə çəkilən xərclər işçilərin maaşlarından xeyli yüksəkdir.
Buna baxmayaraq, dünyanın ən böyük texnologiya şirkətləri 2026-cı ildə süni intellekt layihələri və infrastrukturuna təxminən 740 milyard dollar sərmayə yatırmağı planlaşdırırlar ki, bu da ötən illə müqayisədə 69% çoxdur.
Məqalədə qeyd olunur ki, AI-yə milyardlarla dollar xərclənsə də, onun məhsuldarlığı və gəlirləri nə dərəcədə artırdığı barədə hələ də kifayət qədər sübut yoxdur.
Bir sıra ekspertlər hesab edirlər ki, şirkətlər hələlik AI-ni işçilərin tam əvəzedicisi deyil, əlavə alət kimi görməlidirlər.
Eyni zamanda, texnologiya sektorunda 2026-cı ilin əvvəlindən bəri 92 mindən çox işçi ixtisar edilib ki, bu da AI sərmayələrinin artması ilə paralel gedən tendensiya kimi qiymətləndirilir.