Abşeronda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, martın 30-u rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Burada yerləşən “Digah” kafesinin həyətində Camalov Elxan Şakir oğlu ilə Əkbərov Aftandil Zeynalabdin oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı E. Camalov cibindən çıxardığı bıçaqla A. Əkbərovun sinəsinə bir zərbə vurub. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb. E. Camalov keçirilən axtarış tədbirləri nəticəsində aprelin 4-də saxlanılaraq istintaqa təhvil verilib. Barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham elan olunub.