16 yaşlı oğlan ticarət mərkəzində qadın satıcıları öldürdü
20 fevral 2025 17:52 (UTC +04:00)

16 yaşlı oğlan ticarət mərkəzində qadın satıcıları öldürdü

Çexiyada ticarət mərkəzində iki qətl hadisəsi olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə paytaxt Praqadan təxminən 100 kilometr aralıda “Hradec Kralove” ticarət mərkəzində baş verib.

Bıçaqla ticarət mərkəzinə daxil olan oğlan naməlum səbəbdən 2 qadın satıcını bıçaqlayıb. Az sonra yaralılar ölüb.

Cinayəti törətməkdə şübhəli bilinən 16 yaşlı Çexiya vətəndaşı hadisədən az sonra Akademika Bedrnı küçəsində saxlanılıb. Ondan 20 santimetr uzunluğunda bıçaq tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456

Oxşar yazılar