Yanğına görə 9 kəndin  qazı kəsildi
15 avqust 2022 21:14 (UTC +04:00)

Yanğına görə 9 kəndin qazı kəsildi

Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub. 

Lent.az xəbər verir ki, bu barədə”Azəriqaz” İstehsalat Birliyindən məlumat verirlib.

Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
 

# 1473
avatar

Oxşar yazılar