Yeni nəsil kassa-nəzarət aparatlarının tətbiqi nəzərdə tutulur
14 iyun 2019 13:12 (UTC +04:00)

Yeni nəsil kassa-nəzarət aparatlarının tətbiqi nəzərdə tutulur

“Azərbaycanda yeni nəsil kassa-nəzarət aparatlarının tətbiqi nəzərdə tutulur”.
 
APA-nın məlumatına görə, bunu bu gün vergilər naziri Mikayıl Cabbarov  Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşu zamanı bildirib.
 
Vergilər naziri deyib ki, iki məsələyə diqqət yetirmək lazımdır: “Milli Məclisin təsdiq etdiyi və Prezidentin imzaladığı qanuna əsasən, yanvar ayının 1-dən nağdsız qaydada ödənişin əlavə dəyər vergisinin 15 faizinin, nağd qaydada əlavə dəyər vergisinin 10 faizinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə edilib. Hazırda bu prosedurun başlanılması üçün təşkilati işlər davam edir. Düzdür, burada müəyyən məsələlərin sürətləndirilməsinə ehtiyac var.  Biz həmkarlarımızla, ilk növbədə Maliyyə Nazirliyi ilə sıx çalışırıq. İnanırıq ki, yaxın dövrlərdə bu proses başa çatdırılacaq. İkincisi, bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə POS-terminallardan istifadə edən, ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə əlavə vergi güzəştləri müəyyən edilib. 2019-cu il yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır”.
 
Vergilər naziri nəzərə çatdırıb ki, qanunvericilikdə müvafiq səlahiyyətlər olduğu təqdirdə, təbii ki, institusional və texniki nöqteyi-nəzərdən Vergilər Nazirliyi tərəfindən bu işlərə nəzarətin həyata keçirilməsi mümkündür: “Amma Vergilər Nazirliyi yalnız hüquqi çərçivədə fəaliyyət göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1541
avatar

Oxşar yazılar