Neft fondu Azərbaycan banklarına 200 milyon dollar satıb
13 yanvar 2016 19:08 (UTC +04:00)

Neft fondu Azərbaycan banklarına 200 milyon dollar satıb

 

 

Azərbaycan Dövlət Neft Fondu valyuta satışını bərpa edib

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

 

APA-Economics”in məlumatına görə, bu barədə ARDNF-in yaydığı açıqlamada bildirilir.

 

Məlumata görə, bu gün yeni mexanizmlə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Oxşar yazılar