
Azərbaycana 265 milyard dollar investisiya yatırılıb
Xəzərin Azərbaycən sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda Hasilatın Pay Bölgüsü üzrə Sazişin (“Əsrin müqaviləsi”) imzalanmasından indiyədək (25 il ərzində) Azərbaycana təqribən 265 mlrd. ABŞ dolları, o cümlədən, neft-qaz sənayesinə 101 mlrd. dollar həcmində investisiya qoyulub.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ötən dövr AÇG-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 mlrd. dolları keçib.
“Bu gün müstəqil Azərbaycanın tarixində xüsusi strateji rol oynamış “Azəri-Çıraq-Günəşli” yataqlarında Hasilatın Pay Bölgüsü üzrə Sazişin – “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edirik. Tarix üçün bir an qədər qısa olan, lakin hər günü fədakar əmək atmosferində keçmiş bu 25 ildə qazanılan uğurlar, həyata keçirilən layihələr möhtəşəmliyi ilə insanda qürur hissi yaradır. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artıb və ölkə iqtisadiyyatının bütün sahələrində böyük canlanma yaradıb”, - R. Abdullayev qeyd edib.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun sözlərinə görə, AÇG-nin 25-ci ildönümü Azərbaycanın neft və qaz sənayesinin yeni tarixində olduqca əlamətdar bir hadisədir. Bu, SOCAR, BP və AÇG müqaviləsinin bütün digər tərəfdaşları üçün tarixi bir gündür.
“1994-cü ildən bəri bu müqavilə çərçivəsində əldə olunanlar möhtəşəmdir. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlanmışdır. Bu nailiyyətlərin bir səbəbi də AÇG çərçivəsində qurulan çox uğurlu əməkdaşlıqdır. Bunun üçün biz Prezident Əliyevə, onun hökumətinə və SOCAR-a borcluyuq. Biz birlikdə əməkdaşlığın nəyə qadir olduğunu göstərdik”, - Q. Cons əlavə edib.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18