“AER” firması daha bir xarici ölkəyə dondurma ixrac etməyə başlayıb. Bu barədə Lent.az-a firmadan məlumat verilib. Məlumata əsasən, artıq İraq 20 ton dondurma göndərilib: “Sifariş almışıq. Gələn həftə növbəti 20 ton dondurma göndəriləcək. Əsasən çubuqsuz dondurmaların 7-8 növünü göndərmişik. Növbəti dəfə ailəvi dondurmalar, rulet tortlar və digər çeşidlər də əlavə olunacaq”.
Gələcəkdə Qazaxıstanda da “AER” dondurmalarını dada biləcəklər: “Qazaxıstanla da danışmışıq. Aramızda niyyət protokolu imzalanıb. Nəqliyyatla bağlı texniki problemlərimiz var. Onu da həll edəndən sonra Qazaxıstanda da dondurma ixrac edəcəyik”.
Qeyd edək ki, firma 5 ildir ki, Gürcüstana dondurma ixrac edir.