Bakı-Budapeşt aviareysinin bərpa olunması müzakirə edilib
29 oktyabr 2015 21:17 (UTC +04:00)

Bakı-Budapeşt aviareysinin bərpa olunması müzakirə edilib

İqtisadiyyat və sənaye naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Jolt Çutoranı qəbul edib.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nazir Şahin Mustafayev qarşılıqlı dostluq prinsipləri üzərində qurulan Azərbaycan-Macarıstan əlaqələrinin iqtisadiyyatın müxtəlif sahələrində uğurlu davamını qeyd edib, Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviauçuşların bərpasına dair dünən imzalanmış sənədin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. Nazir Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı imkanlarına dair fikirlərini bölüşüb.

 

Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Jolt Çutora ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, əməkdaşlığımızın daha da genişlənməsində Budapeşt-Bakı-Budapeşt aviareysinin bərpa olunmasının əhəmiyyətini qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsi barədə müzakirələr aparılıb.

# 229
avatar

Oxşar yazılar