Azərbaycan və Gürcüstan qaçaqmalçılığa qarşı birgə mübarizə aparacaq
09 iyul 2015 16:08 (UTC +04:00)

Azərbaycan və Gürcüstan qaçaqmalçılığa qarşı birgə mübarizə aparacaq

Bu gün Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadzeni və Beynəlxalq Əlaqələr Departamentinin rəisi Samson Uridianı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin qonağı olub.

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən DGK sədri A.Əliyev qarşılıqlı təcrübə mübadiləsinin, qaçaqmalçılıqla mübarizədə birgə əməkdaşlığın, sərhəd-gömrük buraxılış məntəqələrində vətəndaşların rahat gediş-gəlişinə mane ola biləcək problemlərin yerindəcə həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadze ilk öncə Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclasının yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirərək respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. V.Xundadze iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Dövlət Gömrük Komitəsinin sədr müavinləri Əsgər Abdullayev və Şahin Bağırovun da iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsi, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılması, qaçaqmalçılığa qarşı birgə mübarizə, ölkəmizdə keçiriləcək PİCARD konfransında Gürcüstan tərəfinin iştirakı və bir sıra digər məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar