ARDNŞ-dən1 milyard dollarlıq yatırım
11 mart 2013 17:57 (UTC +04:00)

ARDNŞ-dən1 milyard dollarlıq yatırım

Şirkət  CEEMEA bazarına 10 il müddətinə 1 milyard dollar həcmində avrobond yerləşdirdi

                                                              

ARDNŞ CEEMEA bazarına 10 il müddətinə 1 milyard dollar həcmində avrobond yerləşdirib.

 

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, şirkətin investisya bazasını möhkəmlədəcək ikinci beynəlxalq əməliyyatıdır.

 

SOCAR-ın debüt avrobond buraxılışı 2012-ci ilin fevralında həyata keçirilib. O zaman 500 milyon dollar məbləğində avrobond yerləşdirilmişdi. Bu il qiymətli kağızların buraxılışına fevralın sonlarında mandat verilib, martın 4-5-də isə Londonda iki günlük təqdimat keçirilib. Ba1/BB+/BBB- səviyyəsində dəyərləndirilən yeni 10-illik istiqrazların ilkin qiyməti Deutsche Bankın rəhbərliyi ilə 4,90% civarında müəyyənləşdirilib. Bu ilkin səviyyə sonradan araşdırılaraq 4,80%-ə (+/-5bp) endirilib, son hədd 4,75% civarında T+292.2bp-ə ekvivalent olaraq müəyyənləşdirilib. Sifarişlərin həcmi nəzərdə tutulandan üç dəfə çox olub.  245 investor tərəfindən 3 milyard dollar məbləğində sifariş verilib. Coğrafi baxımdan təsnifat aparılarsa, avrobondların 41%-i Avropa, 32% Birləşmiş Krallıq, 25% ABŞ, 2% digər investorlar tərəfindən alınıb. Tipinə görə isə, 87% aktivlərin idarəediciləri, 5% banklar və riteyl investorları, 4% hec-fondlar, 3% sığorta və pensiya fondları, 1% digərləri tərəfindən alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242
avatar

Oxşar yazılar