Ana 13 günlük körpəsini yandırdı
12 may 2015 06:36 (UTC +04:00)

Ana 13 günlük körpəsini yandırdı

Türkiyənin Bolu şəhərində ananın 13 günlük körpəsini isitmək üçün yanına işlək vəziyyətdə fen qoyması faciə ilə nəticələnib.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bir müddət sonra beşiyin yandığını görən ana körpəsini alovların arasından çıxarıb.

 

Qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılan körpənin əllərində və üzündə III dərəcəli yanıq xəsarətləri meydana gəlib.

 

Bolu şəhərindəki ilkin tibbi müdaxilədən sonra körpə təcili yardım helikopteri ilə Ankaraya aparılıb.

 

Polis faktla bağlı istintaq başladıb və araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar