(R) TuranBank 01.06.2013 tarixinə məcmu kapitalını 35,2% artırıb
10 iyun 2013 09:09 (UTC +04:00)

(R) TuranBank 01.06.2013 tarixinə məcmu kapitalını 35,2% artırıb

2013-cü ilin iyun ayının 1-nə TuranBankın aktivlərinin həcmi, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,8%, ilin əvvəli ilə müqayisədə isə 5,3% artaraq 228,6 mln. manat təşkil etmişdir. Hesabat tarixinə bankın kredit portfeli, 2013-cü ilin əvvəli ilə müqayisədə 8,8%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 22,6% artaraq 175,5 mln. manat təşkil etmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan Bankların məcmu kapitalının 01 yanvar 2014-cü il tarixədək 50 mln. manata çatdırılması qərara alınmışdır. Bankın nizamnamə kapitalı yenidən kapitallaşma prosesi nəticəsində 40 mln. manata çatdırılaraq 1 iyun 2013-cü il tarixinə, ilin əvvəli ilə müqayisədə 33,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68% artımla müşahidə olunmuşdur. Bankın məcmu kapitalı isə ilin əvvəli ilə müqayisədə 35,2% artaraq 43,1 mln. manat təşkil etmişdir. Bu da öz növbəsində Mərkəzi Bankın, kapital artımı ilə bağlı Banklar qarşısında qoyduğu tələbinin böyük ölçüdə icra olunduğunu göstərir.

Cari ilin yanvar-may ayları üzrə Bankın depozit portfeli 2012-ci ilin analoji dövrü ilə müqayisədə 8,2% artmışdır. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri isə 2012-ci ilin analoji dövrü ilə müqayisədə 20,6% artaraq  50,3 mln. manat təşkil etmişdir.

Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.   

2013-cü ilin yanvar-may ayları üzrə fəaliyyət nəticələrinə əsasən TuranBankın gəlirləri, 8,6 mln. manat həcmində xərclərin müqabilində 10,8 mln. manat təşkil etmişdir.

Hesabat dövrü ərzində Bankın balans mənfəəti  2,2 mln. manat təşkil etmişdir.

Hazırda Bankın 14 satış nöqtəsi (onlardan 7-si regionlarda: Tovuzda, Zaqatalada, Gəncədə, Ağstafada, Sumqayıtda, Xaçmazda və Qazaxda yerləşir) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. 

Hazırda Bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822
avatar

Oxşar yazılar