Donald Tramp yenidən Amerikanın ən zəngin adamları siyahısına düşüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Nyu-Yorkda bu yaxınlarda 250 milyon dollarlıq mülki fırıldaqçılıq iddiası da daxil olmaqla bir sıra hüquqi problemlərlə üzləşən keçmiş ABŞ prezidenti öz sərvətini 2,5 milyard dollardan 3,2 milyard dollara qədər artıraraq yenidən “Forbes” siyahısında 343-cü sırada qərarlaşıb.
“Bir neçə şirkət Trampdan uzaqlaşmağa çalışıb və “Twitter” onu həmişəlik olaraq öz platformasından istifadəyə qadağan edib. Doqquz ay sonra Tramp yeni şirkətin, Trump Media və Texnologiya Qrupunun yaradıldığını elan edib və “Twitter”in rəqibi “Truth Social” olduğunu iddia edib.
“Forbes” qeyd edir ki, Trump Media və Texnologiya Qrupu indi maqnatın ən qiymətli aktividir.