“Səyyar qəbul otağı” həftənin ilk iş günü Qobustan rayonunun Sədəfli kəndində Vətən müharibəsi şəhidi Elyar Vəliyevin evinin qarşısında təşkil edilib.
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kəndin 15 sakinini aksiyaya gətirən səbəb isə bir olub. Kəndin bütün sakinləri adından çıxış edənlər qaz xətti yeni çəkilmiş Sədəfli kəndinin tezliklə mavi yanacaqla təmin olunmasını xahiş ediblər. Aksiya iştirakçılarının müraciətləri dinlənildikdən sonra Ağsu RQİİ-nin rəhbər şəxsləri Vətən müharibəsi şəhidi Elyar Vəliyevin xatirəsinə yaradılan güşəni ziyarət ediblər.