Pilot layihə "Yaşma bağları"nın abonentlərinə bu üstünlükləri verəcək - FOTO
31 avqust 2023 15:15 (UTC +04:00)

Pilot layihə "Yaşma bağları"nın abonentlərinə bu üstünlükləri verəcək - FOTO

"Artıq bir müddətdir ki, “Presight G42” şirkətinin və SOCAR “Azəriqaz” İstehsalat Birliyinin birgə layihəsi olan smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, “smart-ötürücü” qurğuların tətbiqi məqsədilə Sumqayıt şəhərinin “Yaşma bağları” ərazisində pilot layihə həyata keçirilir. Pilot layihə əsasında sözügedən ərazidə qaz istehlakçılarının mövcud sayğacları yenisi ilə əvəz olunur və sayğacların üzərinə “smart-ötürücü”lər quraşdırılır. Layihənin tətbiqi birbaşa abonent məmnunluğunun təmin olunmasına xidmət edir".

Lent.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Sumqayıt şəhəri, Yaşma Bağları ərazisində baş tutan "Açıq mikrofon" aksiyası zamanı bildirib. Qurum rəsmisi görüş zamanı innovativ və texnoloji yeniliklərin tətbiq olunmasının vacibliyini diqqətə çatdıraraq, layihənin bir sıra üstünlüklərindən danışıb. Onun sözlərinə görə ilin bu yenilik əvvəlində sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarında da limitin yenilənməsi prosesi avtomatik həyata keçəcək. Sözügedən layihənin icrasından sonra artıq bu məsələ də həllini tapmış olacaq.

Belə ki, abonentlərlə Birlik əməkdaşları arasında təmas minimuma endiriləcək, sərf olunmuş təbii qazın dəyəri artıq məsafədən hesablanacaq. Daha sonra "Səyyar qəbul otağı" sakinlərin ixtiyarında olub. Vətəndaşlar qaz təchizatı ilə bağlı həm üzləşdikləri çətinliklərdən, həm də tətbiq olunan layihə ilə bağlı fikirlərini səsləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

Arzu Qurbanlı

Oxşar yazılar