Masallı sahibkarlarının müraciətləri dinlənildi
29 avqust 2023 16:23 (UTC +04:00)

Masallı sahibkarlarının müraciətləri dinlənildi

"Açıq mikrofon" aksiyasının başqa bir adı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin "Səyyar qəbul otağı"dır. Həm sahibkarların, həm də sakinlərin burada qaz təchizatı ilə bağlı səsləndirdiyi bütün müraciətlər rəhbərliyə təqdim olunacaq. Ona görə də probleminizin həllinə yardımçı olmağımız üçün müraciətlərinizi açıq şəkildə səsləndirməyinizi sizdən xahiş edirik".

Lent.az xəbər verir ki, bu sözləri Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Masallı rayonunda sahibkarlarla keçirilən görüş zamanı deyib. Daha sonra mikrofon önünə keçən sahibkarlar müraciətlərini səsləndiriblər. Çörək istehsalı ilə məşğul olan sahibkarlıq subyekti Cavad Əhmədov faktiki fəaliyyət növü nəzərə alınaraq hal-hazırda ödəniş etdiyi kommersiya tarifindən istehsal tarifinə keçirilməsini xahiş edib. Kərpic zavodunun nümayəndəsi Rahim Sədullayev qış aylarında bəzi hallarda qaz təzyiqinin aşağı olduğunu, lakin müraciət etdikdən sonra bu problemlə üzləşmədiklərini bildirib. Sahibkarlarla yanaşı, sakinlər də "Açıq mikrofon"un imkanlarından yararlanıblar. Görüş zamanı səsləndirilən hər bir müraciət qeydə alınıb və sakinlərə lazımi izahatlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Arzu Qurbanlı

Oxşar yazılar