Kağızın bahalaşmasına deputatdan - SƏRT REAKSİYA
29 mart 2022 16:45 (UTC +04:00)

Kağızın bahalaşmasına deputatdan - SƏRT REAKSİYA

Artıq bir neçə gündür sosial şəbəkələrdə ölkədəki A4 formatlı kağızların qiymətlərinin artımı ilə bağlı ciddi müzakirələr gedir. Əvvəllər A4 formatlı kağızlar 4-5 manata satılırdısa, hazırda həmin qiymət 9-10 manat təşkil edir. 

Hətta qeyd edə bilərik ki, bir çox məktəb ləvazimatları satılan mağazalarda A4 formatlı kağızlar yoxa çıxıb. Hansı mağazada varsa, onun da qiymətini ikiqat artırıblar.

Bahalaşmanın səbəbini isə bir çox insanlar Rusiya-Ukrayna müharibəsi, yerli istehsalın olmaması ilə əlaqələndirir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Almaniyanın ixracı dayandırması Azərbaycanda da kağız ixracını dayandırıb. 

Bununla yanaşı, Moskva Birjasında “VK Company”nin  kağızları artıq 70-80% bahalaşıb. Bundan əvvəl qiymətlərin, orta hesabla 30-40 faiz artırıldığı qeyd edilirdi.

Məsələ ilə bağlı Lent.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vahid Əhmədov münasibət bildirib. 

Onun sözlərinə görə, kağız məhsuluna ciddi təlabat yaranarsa, başqa ölkələrlə müqavilə imzalamalı olacağıq:

“Azərbaycan hökuməti belə halların qarşısını almaq üçün alternativ variantlar irəli sürüb. Bu yaxınlarda 20-dən çox məhsulun xaricə çıxartmağı qadağan etdilər. Əgər kağızla bağlı belə bir problem yaşasaq, alternativ variant başqa ölkələrlə müqavilə imzalamaqdır. 

Əsas məsələ odur ki, Azərbaycanın vəsaitlə bağlı problemi yoxdur. Bu səbəbdən də biz ciddi narahat olmamalıyıq”.

V.Əhmədov süni qiymət artımı müşahidə olunan mağazaları Antiinhisar xidmətinə şikayət etmək lazım olduğunu vurğulayıb:

“Süni qiymət artımı ilə bağlı həm Prezidentin, həm də Baş nazirin göstərişi var. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti süni qiymət artımlarının qarşısını alır. Əgər belə süni qiymət artımı varsa, zəng edib həmin xidmətə məlumat vermək lazımdır. 

Düzdür, bütün mağazaları yoxlamaq çətindir. Amma şikayət etmək lazımdır ki, süni qiymət artımının qismən qarşısı alınsın”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4041
avatar

Fidan İlqar

Oxşar yazılar