SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin "Səyyar qəbul otağı" Zərdab rayonunda təşkil olunub.
Lent.az xəbər verir ki, gəlmə kəndində keçirilən aksiyanı giriş sözü ilə Tərtər RQİİ-nin baş mühəndisi açıq elan etdikdən sonra mikrofon önünə sakinlər çıxıb.
"Açıq mikrofon"a qatılan 30-a yaxın abonent qaz təchizatında hər hansı bir problemlə rastlaşmadıqları üçün ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Mikrofon önünə çıxanlardan yalnız 2 nəfər qazlaşdırılma ilə bağlı müraciətini ünvanlayıb ki, sahibkar Tərlan Abbasov obyektinin, Zeynəb Səfərəliyeva çalışdığı kitabxananın təbii qazla təchiz edilməsini istəyib. Hər iki müraciət Tərtər RQİİ-nin məsul şəxsləri tərəfindən araşdırılması üçün qeydiyyata alınıb.