Gabala Hospitality Group Accor ilə Mövenpick Resort Gabala üzrə müqavilə imzaladı  -FOTOLENT
25 may 2026 10:44 (UTC +04:00)

Gabala Hospitality Group Accor ilə Mövenpick Resort Gabala üzrə müqavilə imzaladı -FOTOLENT

0

Azərbaycanın aparıcı turizm və qonaqpərvərlik idarəetmə şirkətlərindən biri olan Gabala Hospitality Group (GHG) qlobal qonaqpərvərlik sahəsinin liderlərindən biri olan Accor ilə Mövenpick Resort Gabala layihəsinin fəaliyyətə başlaması ilə əlaqədar müqavilə imzalayıb.

Lent.az xəbər verir ki, yeni hotel müxtəlif kateqoriyalar üzrə 213 otaq və suit, 3 iclas zalı, uşaq zonası, günboyu xidmət göstərən restoranı, qastro bar, “grab & go’’ konsepti, həmçinin spa, üzgüçülük hovuzu və fitness mərkəzi daxil olmaqla premium sağlamlıq və istirahət imkanlarını özündə birləşdirəcək. Qəbələnin ən mənzərəli və strateji ərazilərindən birində yerləşəcək hotel regionun turizm infrastrukturunun mərkəzində qərarlaşıb. Onun Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, Qəbələnd Əyləncə Parkı və yaxın zamanda istifadəyə veriləcək akvaparka yaxınlığı hotelin əhəmiyyətini daha da artırır. İmzalanma mərasimində Gabala Hospitality Group-un səhmdarları, tərəfdaşları və digər maraqlı tərəflər iştirak ediblər.
“Biz ənənəvi Azərbaycan qonaqpərvərliyinin beynəlxalq standartlar və dünya səviyyəli qonaq təcrübəsi ilə birləşdiyi yeni bir mərhələyə qədəm qoyuruq,” - deyə Gabala Hospitality Group-un Müşahidə Şurasının sədri Şəbnəm S. Fərman bildirib. Accor-un MDB, Gürcüstan, İsrail və Kipr üzrə İnkişafdan məsul vitse-prezidenti Philippe Bone qeyd edib ki, Accor brendlərinin Azərbaycanda genişlənməsi şirkət üçün mühüm strateji önəmlidir və Mövenpick brendini Qəbələ kimi unikal və zəngin təbiətə malik bir destinasiyada təqdim etməkdən məmnunluq duyduqlarını ifadə edib. İsveçrə irsinə əsaslanan Mövenpick isti qonaqpərvərliyi, yüksək səviyyəli kulinariya təcrübələri və qonaqlarla mənalı əlaqələr yaratması ilə dünya miqyasında tanınır. Restoran konsepti kimi fəaliyyətə başlayan brend bu gün dünyanın ən seçilən qonaqpərvərlik brendlərindən birinə çevrilib.

“Bu tərəfdaşlıq uzunmüddətli inkişaf, keyfiyyətli qonaqpərvərlik və destinasiya inkişafı üzrə ortaq baxışımızı əks etdirir,” - deyə Gabala Hospitality Group-un baş icraçı direktoru Ramin Qurbanov bildirib. Bu gün Mövenpick düşünülmüş dizaynı, ailə yönümlü təcrübələri, immersiv kulinariya konseptləri və qonaqlar üçün yaddaqalan anlar yaradan imza brend ritualları ilə tanınır. Bu müqavilə Gabala Hospitality Group portfelinə ilk beynəlxalq qonaqpərvərlik brendinin daxil olmasını ifadə edir. Mövenpick Resort Gabala-nın regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəyi və Azərbaycanın yeni premium qonaqpərvərlik destinasiya məkanlarından birinə çevriləcəyi gözlənilir.

Gabala Hospitality Group haqqında

Gabala Hospitality Group Azərbaycanın ən böyük turizm və qonaqpərvərlik idarəetmə şirkətlərindən biridir. Şirkətin portfelinə Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, ölkənin ilk milli beşulduzlu hotel şəbəkəsi olan Qafqaz Hotels & Resorts, Qəbələnd Əyləncə Parkı, Gabala Shooting Club və ölkənin ilk və yeganə rafting mərkəzi olan Rafting Gabala daxildir.

Əlavə məlumat üçün: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar