Ən çox alınan  maşın markaları   - SİYAHI
06 iyul 2023 16:06 (UTC +04:00)

Ən çox alınan maşın markaları - SİYAHI

2023-cü ilin ilk 6 ayında ən çox satılan avtomobil markaları açıqlanıb.

Lent.az xarici mediyaya istinadən məlumat verir ki, Türkiyənin avtomobil və yüngül ticarət avtomobil bazarında bu ilin ilk yarısında ən çox satılan markalar arasında "Fiat", "Renault" və "Ford" olub.

Hesabata görə, "Fiat" ilin ilk yarısında sərnişin və yüngül ticari satışlarda 101 min 167 ədədlə birinci yeri tutub. "Renault" 58 705 ədəd "Fiat" və 50 803 satışla "Ford"dan sonra gəlir.

"Peugeot" 40 892 satışla dördüncü, "Volkswagen" isə 39 718 satışla beşinci olub.

Lüks avtomobillər qrupunda isə ilin birinci yarısında 625 "Porsche", 307 "Maserati", 259 "Lexus", 68 "Jaguar", 16 "Bentley", 14 "Aston Martin", 12 "Ferrari" və 8 "Lamborghi"ni satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3480
avatar

Xədicə Novruzova

Oxşar yazılar