"Azəriqaz" dağların qoynunda yerləşən şəhəri qazla təchiz edir
08 noyabr 2023 16:05 (UTC +04:00)

"Azəriqaz" dağların qoynunda yerləşən şəhəri qazla təchiz edir

SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən dağların qoynunda yerləşən şəhər təbii qazla təchiz edilir.

Qurumun mətbuat xidmərindən Lent.az-a verilən məlumata görə, ilkin mərhələdə 600 evdən 150-si qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilib. 

Bu münasibətlə şəhərin mərkəzində tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və SOCAR-ın "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, həmçinin şəhər sakinləri iştirak edib. 

Mərasimdə çıxış edənlər tarixi gün münasibətilə laçınlıları təbrik edib, işğaldan azad olan ərazilərin qazlaşdırılması işlərinin uğurla davam etdirildiyi vurğulanıb. Daha sonra təbii qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb. 

Tədbirdə çıxış edən laçınlılar tarixi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsində qazanılan parlaq Zəfərə, Laçında aparılan geniş bərpa və yenidənqurmaq işlərinə, şəhərə təbii qazın verilişinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz təşəkkürlərini ifadə ediblər. 

Qazlaşdırılan Laçın şəhəri ilə yanaşı, rayonun Zabux kəndində də işlər sürətlə davam etdirilir. Burada ilkin olaraq 200 ev mərhələli şəkildə qazla təmin ediləcək. Laçın şəhərində olduğu kimi Zabux kəndində də sakinlərlə görüş keçirilib və təbii qazın verilişi ilə əlaqədar olaraq məşəl alovlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6082

Oxşar yazılar