9 ayda bu bunalara 15 min məişət tipli qaz sayğacı verilib
13 oktyabr 2023 19:12 (UTC +04:00)

9 ayda bu bunalara 15 min məişət tipli qaz sayğacı verilib

“Bu ilin doqquz ayı ərzində SOCAR "Azəriqaz" İstehsalat Birliyinə daxil olan müraciətlər əsasında müvafiq sənədlər təqdim olunmaqla 15 min məişət tipli qaz sayğacı MTK tipli binalara ödənişsiz təhvil verilib”.

Lent.az xəbər verir ki, bu sözləri birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.

Şöbə rəisi 2023-cü ilin 9 ayı ərzində 140 min dövri yoxlama müddəti başa çatmış məişət tipli qaz sayğacının yenilənməsi işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. “Növbəti ildə isə 250 min dövri yoxlama müddəti başa çatmış məişət tipli qaz sayğacı əvəzlənəcək”, - qurum rəsmisi əlavə edib. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə cari ilin 9 ayı ərzində sözügedən şöbəyə daxil olan müraciətlərin sayını açıqlayıb.

Onun sözlərinə görə yanvar–sentyabr ayları ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 8675 müraciət daxil olub ki, bunlardan 3915-i müvafiq proqram vasitəsilə, 4760-i isə elektron formada daxil olub. “Opentext proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin doqquz ayı ilə müqayisədə 705 müraciət az təşkil edir. Göndərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır” - şöbə rəisi qeyd edib.

Sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2589
avatar

Arzu Qurbanlı

Oxşar yazılar