“Azərsun Holdinq” Neftçalada sosial aksiya keçirdi
20 avqust 2020 15:35 (UTC +04:00)

“Azərsun Holdinq” Neftçalada sosial aksiya keçirdi

Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən olan və “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq ölkəmizin bölgələrində minlərlə insanı işlə təmin edən “Azərsun Holdinq” sosial aksiyaları ilə dəstəyə ehtiyacı olaninsanları sevindirməkdə davam edir. Covid-19 virusunun ölkədə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimində müxtəlif sosial tədbirlər həyata keçirən şirkət, bu dəfə Neftçalada ehtiyacı olan insanlara ərzaq yardımı paylayıb. 

“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində yüzlərlə ailəyə  “Azərsun Holdinq”-in istehsal etdiyi məhsullar paylanılıb. Bunlar arasında müharibə əlilləri, şəhid ailələri, xəstəliyə görə əlillik qrupu alan, xüsusi qayğıya ehtiyacı olan ahıllar, xüsusi risk qrupuna aid olan insanlar üstünlük təşkil edib.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan Şirkətlər Qrupu xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə də bu vəzifəsinin öhdəsindən layiqincə gəldi və dövlət rəhbəriyinin apardığı siyasətə uyğun olaraq qıtlığın yaşanmamasına öz töhfəsini verdi. Bu gün də “Azərsun Holdinq” nəzdində fəaliyyət göstərən bütün istehsal müəssisələri tam qüvvəsi ilə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, xüsusi karantin rejimi tətbiq olunandan Bakının bir sıra rayonlarında, Gəncə şəhəri, İmişli, Biləsuvar və Abşeron rayonlarından olan aztəminatlı ailələrə və xüsusi risk qrupuna aid olan minlərlə insana “Azərsun Holdinq” tərəfindən ərzaq yardımı edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2962
avatar

Oxşar yazılar