Zidana bu klubda vəzifə verilir
11 noyabr 2023 13:17 (UTC +04:00)

Zidana bu klubda vəzifə verilir

“Real Madrid”in və Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan “Marsel” klubunun baş meneceri ola bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Zidan klubun satılması şərtilə baş menecer vəzifəsini almağa razılıq verib. Zidanla danışıqlar inkişaf mərhələsindədir.

Fransız mütəxəssis 2016-2018, eləcə də 2019-2021-ci illərdə “Real Madrid”i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə liqa çempionuna çıxarıb. İki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunu, iki dəfə Klublararası Dünya Kubokunu qazanıb, eləcə də üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Zidan həmçinin 2002-ci ildə “Real Madrid” oyunçusu kimi Çempionlar Liqasının qalibi olub.

Fransa Liqa 1-in cari mövsümündə “Marsel” 13 xalla 9-cu yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10007

Oxşar yazılar