İtaliyanın “Yuventus” klubu Kriştiano Ronaldonu satmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi portuqaliyalı hücumçunun qiymətini müəyyənləşdirib.
Turin klubu karyerasını İngiltərədə davam etdirmək istəyən Ronaldo üçün 25-30 milyon avro almağı planlaşdırır. Onun xidmətində maraqlı olan “Mançester Siti” bu məbləği ödəmək istəmir.
Qeyd edək ki, 2018-ci ildən “Yuventus”da çıxış edən Ronaldonun müqaviləsi gələn ilin yayında başa çatacaq.