Türkiyədə ən populyar İngiltərə Premyer Liqa klubu “Çelsi”di. Apasport.az saytının məlumatına görə, “twitter” sosial şəbəkəsində aparılan araşdırmadan sonra bu nəticəyə gəlinib.
Belə ki, hazırda London klubunda forma geyinən Didye Droqbanın vaxtilə “Qalatasaray”ın şərəfini qoruması, habelə, Demba Banın “Beşiktaş”a məhz həmin komandadan keçməsi bu göstəriciyə xeyli təsir edib.
Araşdırmada ikinci yeri digər paytaxt təmsilçisi “Arsenal” tutub. Həmin üçlüyü isə “Liverpul” tamamlayır.