Topları səhv salan klub cəzalandı
07 yanvar 2018 05:07 (UTC +04:00)

Topları səhv salan klub cəzalandı

Portuqaliyanın “Sportinq” klubu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb Lissabon təmsilçisinin gənclərdən ibarət komandasının düzgün toplarla oynamamasıdı.

 

Azərbaycan yığmasının futbolçusu Budaq Nəsirovun da çıxış etdiyi klubun təmsilçisi gənclər liqasının görüşündə Çempionlar Liqasında istifadə olunan topla oynayıb. Bu, “Setubal”la son qarşılaşmaya təsadüf edib. Lissabonlular qitənin ən nüfuzlu klub turnirindəki kimi “Adidas” toplarına üstünlük verib.

 

Portuqaliya Futbol Federasiyasının bayrağı altında keçirilən yarışlarda isə “Nayk”dan istifadə olunmalıdı. Paytaxt klubu bu qaydanı pozduğu üçün klubu 26 min avro cəzalandırılıb.

 

Qeyd edək ki, Budaq "Sportinq"in B komandasında çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317
avatar

Oxşar yazılar