
Şəhriyar Məmmədyarov 5 xal itirdi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart üçün müəyyənləşən siyahı Azərbaycan üçün uğurlu alınıb.
Yığmamızın lideri Şəhriyar Məmmədyarov norveçli Maqnus Karlseni izləməkdə davam edir. Belə ki, qrossmeysterimiz 5 xal itirsə də, 2-ci pillədəki yerini qoruyub. Onun aktivində 2809 xalı var. Məmmədyarov birinci yerdə olan Karlsendən 34 xal geri qalır. İlk “üçlüy”ü 2800 reytinq xalına malik Vladimir Kramnik (Rusiya) qapayır.
Siyahıda Teymur Rəcəbov 18-ci (2748), Rauf Məmmədov 39-cu (2709), Arkadi Naydiç 45-ci (2701) pillədə yer alıb.
Qadınların “Top-100”ünə isə yığmamızın 3 üzvü düşüb. Günay Məmmədzadə (2392) 70-ci olduğu halda, Ülviyyə Fətəliyeva (2361) 98-ci yerdədi. Millimizin digər üzvü Gülnar Məmmədova isə 2360 xalla 100-cü pilləyə şərikdi. Bu siyahıda 2654 xalla çinli Yifan Hou birincidi.
Oxşar yazılar

Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46
Aleks Ferqyuson bütün zamanların ən yaxşı futbolçusunu AÇIQLADI
6 may 2025 , 18:52
Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM
6 may 2025 , 15:06
Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion öldü
6 may 2025 , 11:52
"Çelsi"nin hücumçularından biri komandadan ayrılacaq
6 may 2025 , 10:14
PSJ “Real”ın hücumçusu ilə maraqlanır
5 may 2025 , 22:04