Şəhriyar Məmmədyarov 16 yaşlı şahmatçı ilə də bacarmadı
31 yanvar 2016 04:42 (UTC +04:00)

Şəhriyar Məmmədyarov 16 yaşlı şahmatçı ilə də bacarmadı

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirində 12-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, şahmatçımız Şəhriyar Məmmədyarov bu turda çinli Vey Yi ilə qarşılaşıb.

 

Qara fiqurlarla oynayan qrossmeysterimiz 16 yaşlı rəqibini də yenə bilməyib. Oyun bərabərliklə yekunlaşıb.

 

Qələbəsiz oyunlar seriyasını davam etdirən “Şah” bu nəticə ilə xalını 6-ya yüksəldib.

 

Qeyd edək ki, növbəti turda rusiyalı Sergey Karyakin ilə qarşılaşacaq Məmmədyarov keçirdiyi 12 oyunda 8 dəfə bərabərliyə razılaşıb. İki qarşılaşmada qələbəyə sevinən təmsilçimiz eyni sayda da məğlubiyyətə üzülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415
avatar

Oxşar yazılar