Rəşad Sadıqovun “11-liy”i
06 yanvar 2018 12:59 (UTC +04:00)

Rəşad Sadıqovun “11-liy”i

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Rəşad Sadıqov yığmadakı fəaliyyətinə islahatlarla başlayıb. Apasport.az saytının məlumatına görə, 36 yaşlı çalışdırıcı açıqladığı ilk heyətdə bir sıra yeniliklərə imza atıb.

 

Belə ki, Antalya toplanışına 26 futbolçu dəvət edən Sadıqovun siyahısı komandanın son heyətindən ciddi şəkildə fərqlənir. Ötən ilin noyabrın Almaniya və Kosovo ilə qarşılaşmalara dəvət alan “23-lük”dən əsər-əlamət də qalmayıb. Sadıqov sələfi Samir Ələkbərovun heyətinin yarıdan çoxundan imtina edib.

 

Rəşad yalnız 11 futbolçunu yenidən U-21-də görmək istəyib. Bunlar Anton Krivotsyuk, Aydın Bayramov, Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev, Elnur Cəfərov, İlyas Səfərzadə, Murad Qayalı, Murtazəli Abakarov, Qismət Alıyev, Sərtan Taşkın və Xəyal Nəcəfovdu.

 

Gənc çalışdırıcı 12 oyunçudan imtina etsə də, onların bəzilərinin toplanışdan kənar qalması səbəbsiz deyil. Öz klubunun düşərgəsində olması zəruri hesab edilən legionerlər, həmçinin əsas yığmaya namizədlərin gələcəkdə Rəşadın siyahısında peyda ola bilər. Ələkbərovun dəvət etdiyi, amma indi kənarda qalanlar Budaq Nəsirov, Əlibəy Məmmədli, Eltun Turabov, Fərid Nəbiyev, İlkin Sadıqov, Mustafa Ozhitay, Oleg Hüseynov, Ramil Şeydayev, Renat Dadaşov, Serkan Baloglu, Süleyman Süleymanov və Yusif Nəbiyevdi.

 

Əvəzində U-21-də 15 yeni ad var. Onlardan bəziləri elə bu, bəziləri digər yığmalarda çıxış etsə də, son toplanışdan kənarda qalmışdı. Rəşadın yeni tapıntıları Abdulla Seyidəhmədov, Elvin Sərkərov, Əskər Hüseynov, Famil Camalov, Fəhmin Muradbəyli, Hacıağa Hacılı, İlkin Muradov, İsmayıl İbrahimli, Kamran İbrahimov, Murad Xaçayev, Ömər Buludov, Ozan Can Kökcü, Rafael Məhərrəmli, Ülvü İskəndərov və Yusif Cəfərovdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar