Son günlər “Trabzonspor”a keçidi və Azərbaycan millisində oynamaq ehtimalı gündəmdə olan Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Sport Ekspress” nəşrinə danışan hücumçu maraqlı açıqlamarla diqqət çəkib.
“Trabzonspor”a keçidi haqqında sualı cavablandırarkən gənc oyunçu bildirib ki, “Zenit”də əsas heyətdə oynamaq perspektivini görmədiyi üçün klubunu dəyişmək qərarına gəlib.
Rusiyalı həmkarlarımız ona vətəndaşlıq məsələsi və Azərbaycan millisində çıxış etmək ehtimalı haqqında da sual veriblər. Şeydayev isə “Hələlik bu suala cavab verə bilməyəcəyini, vətəndaşlığını dəyişmək haqqında düşünəcəyini və buna yaxın zamanlarda aydınlıq gələcəyini” qeyd edib.
“Dəqiq heç bir şey yoxdu, ancaq anlaya bilmirəm ki, bu xəbərlər hardan çıxıb və internetə necə düşüb?” – deyə Şeydayev vurğulayıb.