Braziliyalı əfsanəvi futbolçu Pelenin səhhəti yenidən psiləşib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 77 yaşlı Pele təcili yardımla xəstəxanaya yerləşdirilib.
İlk müayinədən sonra onun bədəninin yorğun düşdüyü və gücsüzlşədiyi bildirilib. Həkimlər onun vəziyyətinin hazırda normal olduğunu və nəzarətdə saxlayacaqlarını deyiblər.
Qeyd edək ki, canlı əfsanə Londonda keçiriləcək Futbol Yazarları Birliyinin tədbirində iştirak etmək üçün İngiltərəyə səfər etməyə hazırlaşırdı.