Yayda “Kukesi” ilə müqavilə bağlayan Rauf Əliyev Albaniya təmsilçisindən ayrılıb. Lent.az panorama.com.al saytına istinadən xəbər verir ki, klub rəhbərliyi 28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Ayrılığa Raufun dil baxımından problem yaşaması səbəb olub. Yalnız türk dilində danışa bilməsi Əliyevin məşqçilər korpusu və komanda yoldaşları ilə ünsiyyət qurmasında problem yaradıb.
“Kukesi”də ayda 9 min dollar məvacib alan futbolçunun karyerasını Azərbaycanda davam etdirmək istədiyi vurğulanıb.
Qeyd edək ki, Rauf Əliyev “Kukesi”yə qədər “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi” və “İnter” klublarında oynayıb.