Milli komandanın baş məşqçisini azarkeşlər seçəcək – İnternetlə
24 dekabr 2015 22:30 (UTC +04:00)

Milli komandanın baş məşqçisini azarkeşlər seçəcək – İnternetlə

Qazaxıstan Futbol Federasiyası (QFF) milli komanda üçün yeni baş məşqçini xalq səsverməsi ilə müəyyənləşdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə yerli jurnalistlərə QFF prezidenti Erlan Qojaqapanov açıqlama verib.

 

Federasiya prezidentinin sözlərinə görə, səsvermə iki etapdan ibarət olacaq. İlk mərhələdə yerli və xarici mütəxəssislər azarkeşlərə təqdim olunacaq. Onların adına dekabrın 26-da aydınlıq gələcək.

 

İkinci mərhələdə isə qısa siyahı müəyyənləşəcək və bir neçə interet platforması üzərində səsvermə həyata keçiriləcək.

 

Artıq səsvermələrin keçiriləcəyi tarixlər də dəqiqləşib. Birinci mərhələ dekabrın 28-də, ikinci mərhələ isə yanvarın 1-də baş tutacaq.

 

Qeyd edək ki, Qazaxıstan millisinə 2014-cü ildən Yuriy Krasnojan rəhbərlik edirdi, onunla yeni müqavilə imzalanmayıb və vəzifəsinə son verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar