İyulun 22-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında növbəti "Media Kuboku" yarışı keçirəcək. Lent.az-ın məlumatına görə, turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, rejissor, fotoqraf və s.), həmçinin müxtəlif qurumların Mətbuat Xidmətləri nümayəndələri də iştirak edə bilər.
Qeyd edək ki, yarış saat 18:-da Velopark (Şıxov) da olacaq.
İştirakçılar federasiya tərəfindən velosiped və baş geyimi ilə təmin ediləcək. Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. "Media Kuboku"nda iştirak etmək istəyənlər qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürməlidir. Qalibləri qiymətli hədiyyələr gözləyir.