Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində cavab matçına çıxacaq klublarımızın oyunları canlı yayımlanacaq.
“Qafqazinfo” xəbər verir ki, iyulun 20-də keçiriləcək “Kəpəz” – “Admira” (Avstriya) və ayın 21-də baş tutacaq “Qəbələ” – MTK (Macarıstan) matçı "CBC Sport" kanalı ilə canlı yayımlanacaq. Cümə axşamı keçiriləcək "Şkendiya"(Macarıstan) – "Neftçi" qarşılaşması isə “CBC İnternational” vasitəsilə yayımlanacaq.