"Portu"nun qapıçısı İker Kasilyas Portuqaliya klubundan ayrılmağa qərar verib.
Lent.az-ın “qol.az”-a istinadən xəbərinə görə, komandanın baş məşqçisi Serxio Konseysau ona matçlarda şans vermədiyi üçün ispan qolkiper bu qərara gəlib. Kasilyasın daha çox oynayacağı bir kluba keçməyi düşündüyü bildirilib.
Qeyd edək ki, İ.Kasilyasla "Nyukasl" və "Antalyaspor"un maraqlandığı iddia olunur.