"Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo komandasında görmək istədiyi daha bir futbolçunun adını açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu, “Monako”nun müdafiəçisi Fabinyodu.
“Mankunianlar” braziliyalı futbolçunun keçidi ilə bağlı qarşı tərəflə danışıqlara start veriblər. “Monako” 22 yaşlı “sambaçı”nı satmağa hazırdı. Ancaq bunun üçün ingilislər Fransa təmsilçisinə 25 milyon avro verməlidilər.
Qeyd edək ki, 2015-ci ildən Braziliya yığmasına da çağırılan Fabinyo millidə 4 oyun keçirib.