Xorvatiya Futbol Federasiyasına prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu Davor Şuker yenidən bu vəzifəyə seçilib.
Paytaxt Zaqrebdə keçirilən seçkilərə yeganə namizəd olaraq girən Şuker 52 İcraiyyə Komitəsi üzvündən 48-nin etimadını qazanıb. 3 nəfər bitərəf qalıbsa, cəmi bir nəfər Şukeri dəstəkləməyib.
Qeyd edək ki, 49 yaşlı keçmiş futbolçu 2012-ci ildən Federasiya prezidentidir.