“KONKAKAF zonasının rəmzi “11-liy”ində yer almaq mənim üçün qürurvericidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın haitili legioneri Donald Gerye deyib.
Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin 2017-ci il üçün rəmzi yığmasına daxil edilən futbolçu vətənində müsahibə verib. Bu zaman Donald maraqlı məqamı da açıqlayıb. O bildirib ki, “Qarabağ”da geyindiyi formaları vətənində satılmasına şərait yaradıb: “11-liy”ə düşməyim məni növbəti uğurlara motivasiya edir. Dekabrın 17-dən Haitidə, doğmalarımın yanındayam. Futbol formaları əldə etmək istəyən həvəskarlara xoş xəbərlərim var. Mənim Çempionlar Liqası üçün hazırlanan “Qarabağ” formalarım artıq Haitidə də satışdadı. Xaricdə oynayan futbolçuların formasının satışı baxımından ölkəmizin bəxti gətirməyib. Azarkeşlər onları əldə etməkdə çətinlik çəkiblər. Mən də bu boşluğu aradan qaldırmağa qərar verdim. İndi mənim “Qarabağ”ın Çempionlar Liqası matçlarında geyindiyim formaları əldə etmək mümkündü. Onların qiyməti 100 ABŞ dollarıdı. Mənim kolleksiyamdan digər mallarda satışda olacaq. Burda olduğum müddətdə forma alanlara avtoqraf da verə bilərəm. Məzuniyyətdə olsam da, bunun forma satışına maneçiliyi yoxdu. Oynadığımız hər yerdə avtoqraf verirəmsə, haitililəri bu imkan yaratmalıyıq”.