"Real" sabiq baş məşqçisi Rafael Beniteslə yolları erkən ayırdığı üçün təzminat ödəyəcək. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu” 55 yaşlı mütəxəssisi vaxtından əvvəl istefaya göndərdiyi üçün 9.9 milyon avro ödəməlidi.
Maraqlıdı ki, bu, Benitezin karyerasındakı 3-cü belə təzminatdır. Daha əvvəl o, “Liverpul”dan qovularaq 4, “İnter”dən qovulduqdan sonra isə 3 milyon avro təzminat əldə etmişdi.
Qeyd edək ki, ispan mütəxəssis dünən "Real"la yolları ayırıb.