Amerikalılar Avropanı fəth etdi
25 mart 2018 14:49 (UTC +04:00)

Amerikalılar Avropanı fəth etdi

DÇ-2018 yaxınlaşdıqca milli komandalar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, mundialda oynayacaq komandalarla yanaşı Rusiyaya getməyəcək millilər də görüşlər keçiriblər.

 

Maraqlıdı ki, bu matçlarda Amerika qitəsini təmsil edən komandaların uğurlu çıxışı diqqət mərkəzinə düşüb. Cümə və şənbə günü keçirilən oyunlarda 4-ü DÇ-də yarışıacaq, 2-si isə mundialdan kənarda qalan 6 Amerika komandası avropalı rəqibləri ilə üz-üzə gəliblər ki, bütün oyunlarda “köhnə qitə” təmsilçiləri məğlubiyyətlə barışmalı olublar.

 

 

Ən çox diqqət çəkən oyun Parisdə olub. Fransa ilk 20 dəqiqəsində 2:0 hesabı önə keçdiyi oyunda Kolumbiyaya məğlub olub – 2:3.

 

Argentina isə Mançesterdə Aquero və Messinin yoxluğunda İtaliyanı məyus edib – 2:0.

 

ABŞ-ın Mayami şəhərində keçirilən oyunda Peru Xorvatiyanı məğlubiyyətlə yola salıb – 2:0.

 

Dünya çempionatının əsas favoritlərindən olan Braziliya Neymarsız heyətlə mundialın ev sahibi Rusiyaya heç bir şans verməyib – 3:0.

 

Dünya Kubokunda yarışacaq digər Amerika təmsilçilərindən Kosta Rika Şotlandiyanı (1:0), Uruqvay isə Çexiyanı (2:0) məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445

Oxşar yazılar

Neymar “Santos”da qalır

Neymar “Santos”da qalır

25 iyun 2025 , 13:29
Modriç  bu klubda oynayacaq

Modriç bu klubda oynayacaq

25 iyun 2025 , 09:39
Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ

Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ

24 iyun 2025 , 22:22
10 ən bahalı  transferlər - SİYAHI

10 ən bahalı transferlər - SİYAHI

24 iyun 2025 , 19:59
Messinin ad günüdür:  38 yaşı tamam olur

Messinin ad günüdür: 38 yaşı tamam olur

24 iyun 2025 , 16:55
Timsah məşq edən futbolçunu yedi

Timsah məşq edən futbolçunu yedi

24 iyun 2025 , 11:30
Alonso gələn kimi onu 90 milyona satır

Alonso gələn kimi onu 90 milyona satır

24 iyun 2025 , 09:54
"Benfika" "Bavariya"nı məğlub edib  1/8 finala yüksəldi

"Benfika" "Bavariya"nı məğlub edib 1/8 finala yüksəldi

24 iyun 2025 , 02:53