"Yuventus" "Liverpul"un futbolçusu Əmrə Cana təklif göndərib.
Qol.az-ın "Sky İtalia"ya istinadən yaydığı xəbərə görə, Turin təmsilçisi türkəsilli alman yarımmüdafiəçi ilə 5 illik müqavilə imzlamaq istəyir. O, bu təklifi qəbul edəcəyi təqdirdə, həftəsinə 100 min avro maaş alacaq.
Qeyd edək ki, Ə.Canın "Liverpul"la müqaviləsi bu mövsümün sonu başa çatır.
Əlavə edək ki, "Yuventus"un idman direktoru Cuzeppe Marotta bundan əvvəl 23 yaşlı oyunçunun transfer siyahılarında olduğunu təsdiqləmişdi.