"Qəbələ" - MTK görüşü deputat oğluna tapşırıldı
17 iyul 2016 23:02 (UTC +04:00)

"Qəbələ" - MTK görüşü deputat oğluna tapşırıldı

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) matçının hakimləri açıqlanıb. Apasport.az saytının xəbərinə görə, iyulun 21-də 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşü türkiyəli FİFA referisi Mete Kalkavan idarə edəcək. Onun köməkçiləri həmyerliləri Ceyun Sesigözəl və Esat Sancaktar olacaq. Dördüncü hakim Serkan Çinardı.

 1980-ci il təvəllüdlü Kalkavan CHP-dən olan millət vəkili Ahmed İhsan Kalkavanın oğludu.

 Superliqada təyinat aldığı ilk görüş 2003-cü ildə "Ankaragücü" - "Dənizlispor" matçı olub.

Xatırladaq ki, "Qəbələ" səfərdə keçirdiyi ilk oyunda rəqibini məğlub edib - 2:1.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318
avatar

Oxşar yazılar