Futbol üzrə Çexiya çempionatında yeni mövsümə start verilib. Apasport.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" da ölkə birinciliyində ilk matçına çıxıb.
Plzan təmsilçisi səfərdə "Yihlava" ilə qarşılaşıb. Oyun plzenlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Roman Pivarnikin komandası 27-ci dəqiqədə məğlub duruma düşsə də, 51-ci dəqiqədə Tomaş Kuçera və 64-cü dəqiqədə Yan Kopiçin vurduğu qolla sayəsində 3 xala sevinib.
Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə səfərdəki oyunda qolsuz heç-heçəyə razılaşıb. Bu klublar arasındakı cavab oyunu isə avqustun 2-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.